Ermənistan noyabrın 28-də Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
Onun sözlərinə görə, KTMT sammitində iştirak etməyəcək İrəvan planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.
Qeyd edək ki, KTMT-nin sammitini noyabrın 28-də Astanada keçiriləcək. Sammitdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq, bir sıra sənədlər qəbul ediləcək.