EN

Çin avtomobilləri bazarı ələ keçirib - İlin son statistikası açıqlandı

2024-cü ilin üçüncü rübündə qlobal avtomobil satışları ilə bağlı hesabat açıqlanıb.

Milli.Az xəbər verir ki, bu dövr ərzində dünya üzrə ümumilikdə 22 milyon avtomobil satılıb. Ən çox satılan markalar sırasında Toyota birinci, Volkswagen ikinci, Hyundai isə üçüncü yeri tutub. Suzuki ilk onluqdan çıxıb, əvəzində isə BYD və Geely siyahıya daxil olub.

Toyota 2.74 milyon ədəd avtomobil sataraq liderliyini qoruyub, lakin bu, keçən ilin eyni dövrü ilə müqayisədə 3.8% azalma deməkdir. Volkswagen qrupu 2.18 milyon ədəd satışla ikinci yerdədir, bu isə 7.1% azalma ilə müşahidə olunur. Hyundai Motor Company 1.78 milyon ədəd satışla üçüncü yerdə qərarlaşsa da, satışlarında 2.6% eniş olub.

BYD markasının satışları 38% artaraq 1.13 milyon ədədə çatıb və markanı altıncı sıraya yüksəldib. Geely isə 811.800 ədəd satışla doqquzuncu sıraya yüksələrək Nissan-ı keçib və Suzuki-ni siyahıdan çıxarıb.

Markaların satış göstəriciləri:

Toyota: 2.736.904 (keçən il ilə müqayisədə -4%)
Volkswagen qrupu: 2.176.363 (-7%)
Hyundai Motor Company: 1.777.300 (-3%)
Stellantis: 1.174.000 (-21%)
General Motors: 1.147.000 (-13%)
BYD: 1.134.892 (+38%)
Ford: 1.095.000 (+1%)
Honda: 910.000 (-12%)
Geely: 811.797 (+20%)
Nissan: 809.000 (-3%)

Ekspertlər hesab edir ki, BYD ilin sonuna qədər bu tempi qoruyub saxlayarsa, Honda, Ford və General Motors kimi rəqiblərini geridə qoya bilər.

İslam
Milli.Az

 
Chosen
43
milli.az

1Sources