EN

COP29 hələ 2022-ci ildən “yarıcan” qalmış Fondu da hərəkətə gətirdi...

Image

Tural İsmayılov: “COP29-da  İtki və Zərər Fondunun fəaliyyətə başlaması məhz Azərbaycanın birbaşa səyləri və güclü iradəsi nəticəsində...”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdı və yekun olaraq çox mühüm qərarlar qəbul edildi. Bu qərarlardan biri də İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılmasıdır. 

Belə ki, COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

“Bu da qlobal iqlim məsələlərinin həllinə əvəzsiz töhfələr verəcək”

Bu barədə “Bakı-Xəbər”ə şərhində politoloq Tural İsmayılov bildirdi ki, COP29 bir çox yeniliklərlə yadda qaldı. “Həm də nəzərə almaq lazımdır ki, Bakıda keçirilən COP29-da bundan əvvəl keçirilən COP-larda razılıq əldə edilə bilməyən bir çox məsələlərdə konsensus əldə edildi. Bu konsensusun əldə edildiyi ən vacib sahələrdən biri də İtki və Zərər Fondunun fəaliyyətə başlaması oldu. Bilirik ki, bugünə kimi qlobal iqlim problemlərinin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar və   qurumlar kasıb Afrika ölkələrinə ayrılan maliyyə yardımlarında adekvat reaksiya göstərmirdilər. Kasıb Afrika ölkələrinin məsələsini COP-larda çox müzakirəyə çıxarsalar da, praktiki addımlar atılmırdı. Amma məhz Azərbaycanın qlobal liderlik səyləri və ölkəmizin bu sahədəki   təşəbbüsləri nəticəsində artıq COP29-da vacib nailiyyətlər əldə edildi”. 

T.İsmayılov qeyd etdi ki, əldə edilən bu vacib nailiyyətlər içərisində, heç şübhəsiz, təkcə iqlim maliyyələşməsi ilə  bağlı 2035-ci ilə qədər hədəflərin müəyyənləşdirilməsi dayanmırdı, eyni zamanda burda bir sıra vacib qərarlar alındı: “Bunlardan biri də İtki və Zərər Fondunun işləkliyi məsələsidir. Ötən il Birləşmiş Ərəb Əmirliklərində  İtki və Zərər Fondu ilə bağlı bir razılaşma əldə edilsə də, təəssüflər olsun ki, sonrakı dövrdə bu fondun gələcək taleyi və digər məsələlər həll edilə bilmirdi. Bu gün COP29-da   İtki və Zərər Fondunun fəaliyyətə başlaması məhz Azərbaycanın birbaşa səyləri və güclü iradəsi nəticəsində mövcud oldu ki, bu da qlobal iqlim məsələlərinin həllinə əvəzsiz töhfələr verəcək”.

İradə SARIYEVA 





Chosen
23
baki-xeber.com

1Sources