EN

2 Avropa ölkəsi Ukraynaya qoşun göndərməyi düşünür

Fransa və İngiltərə Ukraynaya hərbi qüvvələrin göndərilməsi variantını yenidən müzakirə ediblər.   Manset.az bu barədə "Le Monde" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Donald Tramp yenidən ABŞ prezidenti seçildikdən sonra Fransa və İngiltərə Ukraynada başçılıq etdikləri koalisiya qüvvələrinin yaradılması variantını yenidən müzakirə ediblər . Xəbərdə xatırladılıb ki, Fransa prezidenti Emmanuel Makron fevral ayında “ Ukraynaya qoşun göndərməkdən söhbət gedə bilməz” açıqlaması Almaniya başda olmaqla qərb ölkələrinin reaksiyasına səbəb olub və bu variantın tamamilə dayandırılmadığını iddia edib. Avropa ölkələri arasında qərb qoşunlarının və xüsusi müdafiə qruplarının Ukraynaya göndərilməsi ilə bağlı danışıqların Böyük Britaniyanın baş naziri Keir Starmerin noyabrın 11-də Fransaya səfəri ilə yenidən alovlandığı iddia edilib. Britaniya hərbi mənbəsinin bildirdiyinə görə, "Böyük Britaniya və Fransa arasında Ukrayna və qitə müdafiəsinə yönəlmiş Avropada əsas müttəfiq qrupun yaradılmasına dair" danışıqlar davam edir.

 

Chosen
10
manset.az

1Sources