EN

“Rusiya nüvə silahlarından yalnız “sonuncu vasitə” olaraq istifadə edə bilər” – Vladimir Frolov

“Nüvə müharibəsindən qaçınmaq üçün diplomatik həll yollarının axtarılması mütləqdir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı fikirlərini bölüşən rusiyalı siyasi şərhçi Vladimir Frolov deyib.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahından Ukraynada istifadə ehtimalı ilə bağlı narahatlıqlar yüksəkdir:

“Rusiya nüvə silahlarından yalnız “sonuncu vasitə” olaraq istifadə edə bilər. Bunun isə yalnız özünə qarşı həyati təhlükə hiss etdiyi zaman ortaya çıxması mümkündür Yəni nüvə silahı heç vaxt birinci seçilən vasitə olmayacaq”.

“Nəzərə almaq lazımdır ki, nüvə müharibəsinin başlanması bütün bəşəriyyət üçün fəlakət deməkdir. Nəticələri ağır olacaq. Belə bir addım yalnız müdafiə məqsədli atıla bilər. Hərbi fəaliyyətlərdə təhlükəsizliyin təmin olunması vacib amildir. Nüvə müharibəsindən qaçınmaq üçün diplomatik həll yollarının axtarılması mütləqdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
18
yenicag.az

1Sources