EN

Zahid Oruc:"Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq"

"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".

Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - deyə o qeyd edib.

Chosen
10
6
avtosfer.az

10Sources