EN

Gürcü Arzusu  Partiyası ölkə prezidentini kənarlaşdırmağa tələsir

"Gürcüstanda qara bazar ertəsi: polis və xüsusi təyinatlıların qoruduqları qapıların arxasında “Gürcü Arzusunun kölələri" bizim Konstitusiyamızı məhv edir və parlamentimizi təhqir edirlər". Bazar ertəsi Gürcüstan prezidenti Salome Zurabişvili müxalifəti tanımayan yeni çağırış parlamenti belə şərh edib.

İclas müxalifətin iştirakı olmadan, parlament divarları yaxınlığında etiraz aksiyası fonunda keçirilib. Deputatlar polis kordonunun müşayiətilə parlament binasına daxil olublar və oradan çıxıblar.

İclas zamanı parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, bu ilin sonuna qədər prezident seçkiləri keçiriləcək.

Onun sözlərinə görə, prezident seçkilərinin tarixi çərşənbə axşamı elan ediləcək. Prezidentliyə namizədin adı hələlik açıqlanmayıb.

Salome Zurabişvili Gürcüstanın birbaşa səsvermə ilə seçilmiş sonuncu prezidentidir. Bundan əvvəl konstitusiyaya edilən dəyişikliklərə əsasən, Gürcüstanda prezidenti 300 üzvdən ibarət seçici kollegiyası seçəcək.

Bu kollegiyaya parlamentin deputatları, yerli hakimiyyət nümayəndələri və siyasi partiyalardan namizədlər daxil olacaq.

Chosen
32
6
turan.az

7Sources