EN

O müğənni Xatunun ad günündən küsüb gedib?

Müğənni Ayan Babakişiyeva həmkarı Xatunla arasında yaranan soyuqluqdan söz açıb.

OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində danışıb. Ayan deyib ki, Xatunla arasında heç nə baş verməyib:

“Xatunla aramızda heç nə baş verməyib, o söhbət bağlandı. Həyatda insanlar nələrisə səhv anlayanda birbaşa danışmaq lazımdır. Xatuna da dedim ki, özümlə danışmalıydın. Onunla hər zaman münasibətim yaxşı olub. Oğlunun məclisinə də getdim, sonra qızımın ad günümə gəldi, rəhmətlik qardaşının qızları və həyat yoldaşı ilə... Hər şey yaxşıdır. Düşünürəm ki, belə də davam edəcək. Anlaşılmazlıq oldu, yoluna qoyduq”.

Chosen
53
olay.az

1Sources