Demokrat.az xəbər verir ki, bu barədə “Rostec” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
“Yeni qırıcı-bombardmançı təyyarələr lazımi təlimləri keçərək öz növbətçi məntəqələrinə gediblər”, - deyə məlumatda bildirilir.
Rostec qeyd edib ki, bu təyyarələr yer və hava hədəflərini, həmçinin hava hücumundan müdafiə sistemlərinin əhatə etdiyi infrastruktur obyektlərini məhv etmək üçün nəzərdə tutulub.
Dövlət korporasiyası qeyd edib ki, Su-34 həm də hava kəşfiyyatı missiyalarını yerinə yetirmək üçün istifadə oluna bilər.
Əfsanə Kamal
Demokrat.az