EN

De Bleker hakim qərarlarını şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XIV turundakı oyunlarda mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner referilərin yanlışlığa yol vermədiyini bildirib:

“Kəpəz” – “Araz-Naxçıvan”
Oyundankənar vəziyyət səbəbindən ləğv edilən qollar: 8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi.

“Səbail” – “Qarabağ”
Penalti epizodu: 90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in 36 nömrəli futbolçusunun (Azad Əsgərov) “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi.

“Neftçi” – “Zirə”
Hesaba alınan qol: 68-ci dəqiqədə “Neftçi”nin qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qolu təsdiqlədi.

“Turan Tovuz” – “Sabah”
Matçda mübahisəli epizod yoxdur.

“Sumqayıt” – “Şamaxı”
Penalti epizodu: 74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydanında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın 8 nömrəli oyunçusunun (İlkin Muradov) əlinə dəydi. Oyunçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur.

Chosen
11
11
futbolpress.az

10Sources