İtaliya millisinin və "Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.
50 yaşlı futbol veteranı fevralın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. Namizədlərin adları 25 dekabr tarixinə qədər müəyyənləşəcək.
Qeyd edək ki, Del Pyero İtaliya yığmasında meydana çıxdığı 91 oyunda 27 qol vurub. O, 1993-cü ildən 2012-ci ilə qədər "Yuventus"un uğurları üçün çalışıb.