EN

Sülh quruculuğu təşəbbüslərinə dair Beynəlxalq Gənclər Forumu keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən Beynəlxalq Gənclər Forumu keçirilmişdir.

“Sülh quruculuğunda gənclərin təşəbbüsləri: Azərbaycan modeli və beynəlxalq təcrübə” adlı beynəlxalq tədbirin plenar açılışı Sumqayıt Gənclər Evində olmuşdur.  Forumun açılışında AR Milli Məclisin deputatı Mehriban Vəliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov, 9 xarici ölkənin gənc liderləri və gənclər təşkilatı rəhbərləri və ölkəmizin gənc fəalları iştirak etmişlər.

Forumun açılışını çıxışını edən ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli Azərbaycanın münaqişə və müharibədən əziyyət çəkən ölkə olmasına baxmayaraq ölkəmizin dövlət siyasəti kimi gənc insanlarımızın da sülh quruculuğuna, sülhyaratma və sülh təşəbbüslərinə hər zaman dəstək verdiyini qeyd etmiş və bu beynəlxalq tədbirin də post-konflik sülhünün formalaşmasına töhfə verəcəyini qeyd etmişdir.

Millət vəkili Mehriban Vəliyeva öz çıxışında həm xarici həm də yerli gənc liderlərə ölkəmizin 1-ci və 2-ci Qarabağ müharibəsində verdiyi itkiləri qeyd edərək, Azərbaycanən qonşu Ermənistanla sülh müqaviləsi imzalamaq üçün təkliflər göndərdiyini və mehriban qonşuluq şəraitində yaşamağa hazır olduğunu vurğuladı. Sonra GİN-nin sektor müdiri Elşən Qəhrəmanov təbrik çıxışında ölkəmizin bölgədə münaqişədən sonrakı sülhün təmin olunmasında rolunu xüsusi qeyd edərək, aktual mövzuda layihə təklifi olduğu üçün məhz bu beynəlxalq təşəbbüsə də dəstək verildiyini bildirmişdir.

Sonra xarici ölkələrdən olan gənc liderlər qısa təbrik çıxışlarında sülh təhsili və sülh mədəniyyətini ehtiva edən bu beynəlxalq forumda iştiraklarından məmnun olduqlarını, GİN və ADTGT-nin birgə təşəbbüsünü alqışlaıqlarını bildirdilər.

3 gün davam edəcək beynəlxalq layihə çərçivəsind sülh təhsili, sülh təşəbbüslərində gənclərin rolu, Azərbaycan modeli, beynəlxalq təcrübə, davamlı sülhyaratmada gənclərin şəbəkələşmə və əməkdaşlığa dair müxtəlif panellər təşkil ediləcək, mübadilə və tərəfdaşlıq imkanları müzakirə olunacaqdır.

Sonda Forum adından Bakı Bəyannaməsin qəbul olunması və “Gənclərinin Davamlı Sülh Təşəbbüsləri Şəbəkəsi” adlı əməkdaşlıq  və tərəfdaşlıq platformasının təsis olunması da nəzərdə tutulur.

Chosen
26
1
sabahinfo.az

2Sources