EN

Günay Ağamalı: “Dövlətimiz iqtisadi gücü ilə Qarabağda yenidənqurma işləri aparır”

Kəlbəcər rayonunun işğaldan azad olunması Zəfər tariximizin şanlı səhifələrindən biridir.Kəlbəcər rayonu strateji coğrafi mövqeyi, zəngin yeraltı sərvətləri və qədim tarixi ilə seçilən Azərbaycanın dilbər guşələrindən biridir. Ermənistan hərbi-siyasi rəhbərliyi işğal dövründə rayonun infrastrukturunu dağıtmaqla yanaşı, təbii ehtiyyatları, xüsusilə qızıl yataqlarını qeyri-qanuni şəkildə istismar etmiş, ekoloji terror həyata keçirmişdir.44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 Noyabr bəyanatı əsasında Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana geri qaytarıldı. Bu qələbə Müzəffər Ali Baş Komandanımız və Azərbaycan xalqının birlik və iradəsinin simvoludur. Kəlbəcər zəfəri yalnız hərbi-siyasi uğur deyil, həm də milli kimliyin, mədəniyyətin və torpaq sevgisinin ifadəsidir.İndi müasir və qüdrətli Azərbaycanın iqtisadi-siyasi gücünün təcəssümü olaraq Kəlbəcər şəhəri yenidən qurulur və böyük qayıdışa hazırlanır.Doğma Kəlbəcər, Günün mübarək!Günay AğamalıMilli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Chosen
7
1
turanpress.com

2Sources