Türkiyə Silahlı Qüvvələri, İraqın şimalında yerləşən Gara, Hakurk və Metina bölgələrində PKK-nın 10 üzvünü zərərsizləşdirib.
Redaktor.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, bu əməliyyatlar nəticəsində, mübarizənin təxirə salınmadan davam edəcəyi bildirilib.
Açıqlamada bildirilir: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz, İraqın şimalındakı Gara, Hakurk və Metina bölgələrində aşkar etdiyi 10 PKK-lı terrorçunu zərərsizləşdirib. Terrorçular harada olurlarsa olsunlar, onların tamamilə təmizlənməsinə qədər mübarizəmiz davam edəcək".
Seymur BƏNNAYEV