EN

Vətəndaşların NƏZƏRİNƏ: Biletlərin qiyməti endi... - Ucuzlaşma nə vaxta qədər davam edəcək? 

Azərbaycandan bəzi ölkələrə olan aviabiletlərin qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, ötən ilin bu dövrü ilə müqayisədə biletlərin qiyməti təxminən 15 faiz ucuzlaşıb.


Məlumatlara görə, ayrı-ayrı turizm şirkətlərinin həyata keçirdiyi xüsusi kampaniyalar nəticəsində isə bəzi hava yolu səfərlərinin qiymətində ümumilikdə 25-30 faiz enmə baş verib.


Ucuzlaşmaya səbəb nədir? Ucuzlaşan qiymətlər nə vaxta qədər qüvvədə qala bilər? Biletlərin qiymətində biraz daha ucuzlaşma gözlənilirmi?


Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Referans.az-a açıqlamasında ucuzlaşmanın ümumi xüsusi səbəblərindən danışıb.




“Bildiyimiz kimi Azərbaycanda böyük bir beynəlxalq tədbir başa çatdı. Həmin tədbir dövründə də aviabiletlərin qiyməti olduqca yüksək idi. Amma biz ümumi götürsək ki, adətən əvvəlki illərdən fərqli olaraq AZAL qiymət siyasətini ildən-ilə daha da optimallaşdırmağa çalışır. Xüsusən hazırda turizm mövsümi üçün qeyri-mövsüm hesab olunur və qeyri-mövsümdə, turizm aktiv olmayan dövrlərdə qiymət siyasətini elastik tutmaqla biletlərin alınmasında daha çox aktivliyi təmin edir”.


Ekspert bildirib ki, bu kimi endirimlər əsasən, il sonuna yaxın olması ilə məşhurdur, lakin bayram günlərini əhatə etmir.


“Belə endirimlər adətən yanvardan mart ayının əvvəlinə qədər olan tarixlərə şamil olunur. Həmin müddətlərdə də turizmdə o qədər də aktivlik olmur. Xüsusən də Yeni il bayramından sonrakı dövr də bu dövrlərə aiddir. Çünki insanlar artıq yenicə tətillərdən, bayramdan qayıtmış olurlar. Bununla əlaqədar olaraq da qiymətləri, səyahətləri stimullaşdırmaq üçün qiymət siyasətində müəyyən dəyişikliklər olunur”.

 

Fidan Vəlisoy 

Chosen
28
referans.az

1Sources