EN

Milli Məclisdə məsələ QALDIRILDI: İnternet problemi...

“Vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil”.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu parlamentin “Azərbaycan Respublikası 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı internet qiymətləri barədə danışan deputat Naqif Həmzə deyib.

O bildirib ki, artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur:

“Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsusilə də regionlarda bu fərq daha çoxdur.

Provayderlərin texniki imkanlarının artırılması müqabilində bu problem aradan qaldırıla bilər. Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin”. (yenicag)

Chosen
17
operativmm.az

1Sources