İsrail ordusu bu gün Livanın cənubunda - Aralıq dənizi sahilində yerləşən Sur şəhərini bombrardman eləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, nəticədə 14 mülki şəxs həlak olub, yaralılar var.
Livanın Səhiyyə Nazirliyi isə İsrail ordusunun Bas və Ayn Baal bölgələrinə hücumda ölənlər haqda informasiya yayyıb. Nazirlik bildirib ki, hücumda 6 nəfər ölüb, 4 nəfər yaralanıb: "Bəzi cəsədlər parçalara bölündüyündən şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb. Bunun üçün DNT testləri aparılacaq. Ayn Baal bölgəsində isə 1-i ağır olmaqla 8 nəfər yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ