EN

Çinin Arktikadakı fəaliyyəti beynəlxalq mübahisələrə SƏBƏB OLUR

Çinin Arktikadakı fəaliyyəti beynəlxalq mübahisələrə səbəb olur.

İnterpress.az xəbər verir ki, Kanadanın Müdafiə Departamenti Çini ikili Arktika strategiyası yürütməkdə ittiham edib.

Kanada elmi araşdırma adı altında kəşfiyyat məlumatlarının toplanması iddiasını irəli sürür.

Eyni zamanda, Çin tərəfi qütb ekspedisiyalarının müstəsna dinc məqsədlərini vurğulayaraq, bu cür ittihamları qəti şəkildə rədd edir.

Kanadanın müdafiə naziri Uilyam Bleyr Halifax Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib:

“Çinin Arktikaya iki əsas yanaşması var. Birincisi, regionda mühüm və digər infrastruktur obyektlərinə investisiyalar vasitəsilə iqtisadi təzyiqdir. İkincisi, elmi araşdırma adı altında aparılan fəaliyyətlərdir”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
25
interpress.az

1Sources