EN

73 yaşlı kişi təyyarədə 4 qadına təcavüz edib - 3 ilədək həbs oluna bilər...

Sinqapur Hava Yollarının yaşlı sərnişini uçuş zamanı 4 qadına cinsi təcavüz edib.
 

Sfera.az xəbər verir ki, hadisənin təfərrüatlarını "The New Paper" portalı paylaşıb.
 

Hadisənin noyabrın 18-də ABŞ-dən Sinqapura uçan təyyarənin göyərtəsində baş verdiyi bildirilib. Məhkəmə sənədlərində deyilir ki, 73 yaşlı Hindistan vətəndaşı Balasubramanian Rameş əvvəlcə bir qadına, təxminən 5 dəqiqə sonra ikinci qadına, daha sonra uçuş zamanı daha iki qadına təcavüz edib. Xəsarət alanların sərnişinlər və ya ekipaj üzvləri olduğu dəqiqləşdirilməyib. Onların adları da şəxsiyyətlərini qorumaq üçün məlumatların açıqlanmasına qadağa qoyulduğu üçün verilmir.
 

Noyabrın 25-də Rayon Məhkəməsində Rameşə qarşı təzyiq ittihamı irəli sürülüb. Nəşrin məlumatına görə, o, üç ilə qədər həbs və ya cərimələnə bilər.
 

Sentyabr ayında başqa bir xarici hava yolu şirkəti olan "Delta Airlines"in 72 yaşlı sərnişini uçuş zamanı yeniyetməyə təcavüz etməkdə ittiham edilib.

İnci

Chosen
33
sfera.az

1Sources