EN

Rusiyanın “Oreşnik” raketi Ermənistanı qorxuya saldı,COP29 isə belini qırdı...

Image

Məlum olduğu kimi, ölkəsinin Ukraynanın Dnepr şəhərinə yeni ballistik raket atmasından bir gün sonra prezident Vladimir Putin deyib ki, Rusiyanın istifadə olunmağa hazır güclü yeni raket ehtiyatı var. Rusiya lideri  “Oreşnik” raketinin qarşısının alınmasının mümkün olmadığını bildirib və döyüş şəraiti də daxil olmaqla, daha çox sınaq keçirəcəyinə söz verib.

Ukraynanın ilk dəfə olaraq Rusiyaya ABŞ və Britaniya raketləri atması ilə Rusiya da cavabında “Oreshnik” ballistik raketindən istifadə edib. Hazırda baş verənlər Qərbdə böyük nahahatlıqla izlənir. Məsələn, “Free Europe” radiosu bildirir ki, Rusiyanın Ukraynaya qarşı prezident Vladimir Putinin yeni adlandırdığı ortamənzilli raketlə zərbəsi üzdə hərbi hücum kimi görünsə də, əslində tam bir mesaj və siqnal məsələsidir. ABŞ və Avropada iddia olunur ki, əksər siqnallar kimi, bu siqnal da Vaşinqtonla bütövlükdə Qərbə yönəlib. Xatırladaq ki, Putin noyabrın 21-də Ukraynanın Dnepr şəhərini hədəf alan zərbənin ardınca televiziyada yayımlanan çıxışında deyib ki, bu, Ukraynanın ABŞ-ın ATACMS və Britaniyanın “Storm Shadow” raketləri ilə endirdiyi zərbələrə Moskvanın cavabının bir bölümüdür. Bu hücumlar Kiyevin bu raketlərdən yararlanaraq Rusiya ərazisinə hücum etməsinə ABŞ və Britaniyanın icazəsi haqda xəbərlərin yayılmasından az sonra baş verib. Putin onu da deyib ki, Rusiyanın Kiyevə silahlarından bu məqsəd üçün istifadə icazəsi verən ölkələrin hərbi obyektlərini hədəf seçmək haqqı var. İstefada olan avstraliyalı ordu general-mayoru və Sidneydə yerləşən Loui İnstitutu beyin mərkəzinin aparıcı tədqiqatçısı Mik Rayan bildirir: “Qısası, bu, hərbi deyil, siyasi zərbə idi”. Müdafiə eksperti və Oslo Universitetinin doktorantı Fabian Hoffmann “Kyiv Independent” onlayn qəzetinə müsahibəsində bu hücumun hərbi dəyərinin olmadığını, onun tam siyasi məqsədlər daşıdığını söyləyib: “Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücum əmri verməsindən bəri Rusiya rəsmiləri və dövlət mediası Qərbi qorxutmaq, ABŞ və Avropanın Kiyevə silah göndərməsinin önünü kəsmək üçün dəfələrlə potensial nüvə hücumu hədəsinə əl atıblar. Bu nüvə mesajı o qədər tez-tez verilib ki, Kreml qırmızı xətlərinin rahat keçilməsinə imkan verən tərəf təsiri bağışlaya biləcəyindən narahat olmuş ola bilər”. Mik Rayan isə məsələ ilə bağlı qeyd edir: “Putinə elə gələ bilər ki, onun nüvə silahlarından bu qədər tez-tez danışması… mesajın dəyərini itirə bilər. Ona Vaşinqtona çatdırmaq üçün başqa siqnal lazım idi, o da bunu başqa növ silahla etməyi seçib. Putin nüvə hücumu kabusunu hələ Ukraynaya tammiqyaslı hücuma başlamazdan xeyli öncə işə salmağa başlayıb. Ancaq Rusiyanın nüvə arsenalından istifadədən çəkinməyə çox səbəbi bar. Bu addımın Ukrayna müharibəsində effektivliyinin sual altında olması və Moskvanın dünya ölkələri, o cümlədən Çin, Hindistan və Qlobal Cənub ölkələrinin mənfi reaksiyası ilə üzləşə biləcəyi də həmin səbəblər arasındadır”.

Putin öz çıxışında deyib ki, bu halda raketin üzərində nüvə başlığı olmayıb. Pentaqon bildirib ki, Putinin çıxışında “Oreşnik” adlandırdığı raket mövcud model – “Rubej” kimi tanınan RS-26 təməlində hazırlanıb. London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin baş mühazirəçisi Rut Deyermond bildirir: “Bu, faktik olaraq, durumu hədələdiyin şəkildə gərginləşdirə bilmədiyin halda əl atdığın siqnal növüdür”.  Bu ay Rusiyanın nüvə doktrinasında dəyişiklik edilməsi də daxil, daha öncəki söz və davranışları kimi, bu raket zərbəsi də Rusiyanın gerçək niyyətləri haqda az şey deyir. ABŞ-da yerləşən Savaş Araşdırmaları İnstitutu isə bildirir: “Nə “Oreşnik” ballistik raketi, nə də Putinin 21 noyabr bəyanatı Rusiyanın zərbə imkanları, yaxud nüvə silahından istifadə ehtimalı barədə ciddi bir dəyişikliyi ifadə etmir. ABŞ prezidenti Co Baydenin postunu tərk etməsi və yeni prezident seçilən Donald Trampın Ağ evə qayıtması fonunda Putin “raket sınağı” adlandırdığı bu addımın Baydeni Kiyevi dəstəkləməkdən çəkindirəcəyinə, Trampı isə Ukraynaya dəstəyi dayandırmağa məcbur edəcəyinə ümid bəsləyir”. Belə fikirlər də səslənir ki, Rusiyanın bu siqnalının əsas hədəfi ABŞ-dır. Ancaq həmin siqnal Ukraynanı xoflandırmaq və Avropanı təlaşlandırmaq məqsədi də güdmüş ola bilər. Axı raket hücumu suallı bir fonda baş verib. Mik Rayan bu xüsusda qeyd edir: “Rusiya diapazonu 5 min kilometri aşan silahdan yararlanıb. Bu silahdan Avropa və Birləşmiş Krallıqda istənilən hədəfə qarşı istifadə edilə bilər. Bu üzdən, bu, Avropaya mesajdır”. Beləliklə Rusiyanın “Oreşnik” ballistik raketi dünyada çoxsaylı reaksiyalara yol açıb. Baş verənlərdən Ermənistanda da ciddi təlaş keçirilər. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Dinc şəhərə qitələrarası ballistik raket hücumu hər kəs üçün bir siqnaldır. İlk növbədə, təbii ki, Ukrayna və onun müttəfiqləri üçün. Həm də keçmiş SSRİ-nin bütün ölkələrinə, o cümlədən Ermənistana da bu, bir siqnaldır. Qazaxıstandahakimiyyət dərhal təşvişə düşdü və təhlükəsizlik qüvvələrinin iclasını keçirdi. Amma Ermənistanda baş nazir Nikol Paşinyan baş verənlərə heç bir reaksiya vermədi. O, “Qərbi Azərbaycan” ifadəsini işlətməkdən məmnun olan Azərbaycan təbliğatı əsasında Qərbi Ermənistanın nə olmasından danışır. Və sonra yenidən velosiped sürmək qərarına gəlir. Sanki ölkəmizdə hakimiyyət dəyişikliyi və Kremlin əlaltılarının hakimiyyətə qayıdışı ümidi ilə Ermənistana xəyanət etməyə hazır olduğunu göstərən təhlükə yoxdur. Ermənistanın təhlükəsizliyinə cavabdeh olan şəxsin bu davranışı insanı şoka salır. Xüsusən də Bakıda hansısa hadisənin baş verdiyi şəraitdə bu, həm də dünyada qüvvələr balansında tarixi dəyişikliyin baş verdiyindən xəbər verir. COP29 iqlim sammitində aparıcı dünya güclərinin, ilk növbədə ABŞ və Fransanın mövqelərinin zəiflədiyini nümayiş etdirən bir sıra qərarlar qəbul edildi. Orada qəbul edilən sənədə əsasən, iqlimlə mübarizə üçün inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar vəsaitin birgə səfərbər edilməsi məqsədinə nail olunacaq ki, bu da 2035-ci ilə qədər ən azı 300 milyard dollara çatacaq. Bu, Azərbaycanın indi uzun müddət özünün “tarixi nailiyyəti” kimi qələmə verəcəyi bir şeydir. sBiz, əlbəttə ki, bu barədə istədiyimiz qədər istehza edə bilərik, amma reallıq budur ki, COP29 boykot edilməsi. Eyni zamanda orada dünyanın bir çox aparıcı dövlətlərinin etirazına səbəb olan, lakin dünyanın bir çox geridə qalmış ölkələrini çox sevindirən qərar qəbul edildi. Yəni, ən azı COP29-da qəbul edilən qərar sayəsində maliyyə alacaq olan inkişaf etməmiş ölkələrdə Qərbin zəifləməsi və Azərbaycanın təsirinin artması müşahidə olunur. Unutmamalıyıq ki, bu iqlim sammitinə ev sahibliyi etmək üçün Bakının namizədliyini irəli sürən Rusiya olub. Və ən böyük və fəal olan Rusiya nümayəndə heyəti idi. Beləliklə, ümumilikdə COP29 Rusiya-Qərb qarşıdurmasının bir mərhələsi kimi qəbul edilə bilər. Və bu, Qərbin məğlubiyyəti ilə başa çatdı. Bəs Nikol Paşinyanın baş verənlərə münasibəti nədir? Heç nə. Və bu böyük problemdir”.

Samirə SƏFƏROVA





Chosen
23
baki-xeber.com

1Sources