ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun 36 saat ərzində Livan Hizbullahı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, Fransa prezident administrasiyasındakı mənbə Livanda atəşkəslə bağlı müzakirələrdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu deyib.
Qeyd edək ki, bir az əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü İsraillə Hizbullah arasında 60 günlük atəşkəs elan edəcəklərinə dair xəbər yaymışdı.