EN

Görmənin qorunması sirləri: Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xüsusilə rəqəmsal erada, hər kəsin gözlərinə böyük yük düşdüyü, kompüter monitoru və telefon ekranı qarşısında saatlarla vaxt keçirdiyi bir zamanda görmə qabiliyyətinə laqeyd yanaşmaq düzgün deyil.
Oxu.Az bu barədə İz.ru-ya istinadən xəbər verir.
Rusiyalı oftalmoloq İnna Varivoda bildirib ki, yaxşı görmə boşqabdan başlayır:
"Omega-3 yağ turşuları, lutein, sink və A, C və E vitaminləri sarı ləkənin degenerasiyası, katarakt, gecə görmə və işıq qavrama pozğunluqları kimi problemlərin qarşısını almağa kömək edə bilər".
Bundan əlavə, həkimin sözlərinə görə, balanslaşdırılmış qidalanma sağlam çəkini saxlamağa kömək edir, piylənmə və böyüklərdə korluğun əsas səbəbi olan ikinci tip diabet riskini azaldır. O bildirib ki, siqaret çəkmək kimi zərərli vərdişlər katarakt, görmə sinirinin zədələnməsi və bir çox digər sağlamlıq problemlərinin inkişaf ehtimalını artırır.
"Əgər siz artıq zərərli vərdişdən xilas olmağa çalışmısınızsa, lakin yenidən siqaret çəkməyə başlamısınızsa, təslim olmayın. Tərgitməyə nə qədər çox cəhd etsəniz, uğur qazanmaq ehtimalı bir o qədər yüksək olar", - deyə ekspert bildirib.
Həkim qeyd edib ki, düzgün seçilmiş fotoqoruyucu eynəklər gözləri buynuzlu qişaya zərər verən ultrabənövşəyi şüalardan mühafizə edir. UVA (ultrabənövşəyi A) və UVB (ultrabənövşəyi B) şüalarının 99-100%-ni bloklayan eynəklər seçmək vacibdir və linzaları seçərkən öz ehtiyaclarınızı nəzərə almaq lazımdır. Dairəvi linzalar gözləri yandan qorumağa kömək edir, polyarizasiya olunmuş linzalar isə sükan arxasında parıltını azaldır. Əgər görmə qabiliyyətini korreksiya edən eynəklərə ehtiyac varsa, Günəşdən qoruyan "buqələmun" modelini seçmək məsləhətdir.
Ekspertin qeyd etdiyi kimi, qadcetlərin ekranına uzun müddət baxmaq göz gərginliyinə, məsafəyə fokuslanma probleminə, "quru göz" sindromuna, həmçinin baş, bel və çiyin qurşağı ağrılarına səbəb ola bilər.
Mənfi nəticələrin qarşısını almaq üçün həkim kompüter üçün eynək almağı, pəncərələrdən və işıq mənbəyindən parıltıdan qaçmağa çalışmağı, lazım gəldikdə antiparıltı ekrandan istifadə etməyi, kompüter ekranını gözlərin səviyyəsinə uyğun şəkildə yerləşdirməyi və hər 20 dəqiqədən bir fasilə etməyi unutmamağı tövsiyə edib.
"Şikayət olmadıqda ildə bir dəfə, görmə pisləşdikdə isə ildə minimum iki dəfə, xüsusilə kiçik uşaqlar və məktəblilərdə görmə aparatının inkişafına nəzarət etmək üçün sistematik görmə yoxlanışı aparmaq lazımdır", - deyə Varivoda yekunlaşdırıb.
Chosen
33
oxu.az

1Sources