EN

KİV: Yunanıstan Rusiyanın HHM sistemlərini Ermənistana verə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən "S-300" və Rusiya istehsalı olan digər iki silah sistemini təhvil verərək, onları İsrail istehsalı sistemlərlə əvəz etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Yunanıstanın enikos.gr portalı məlumat yayıb.
Məlumata görə, Yunanıstan Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya silah sistemlərini Yunanıstanın hərbi arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etmək əzmindədir.
Portal qeyd edir ki, əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah daha az zərərli başqa alternativləri nəzərdən keçirir. Nəşr əlavə edir ki, mövcud məlumatlara görə, Ermənistanın müdafiəsini gücləndirmək sırf yunan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın məhsuludur və bu, həm də bu ölkənin silahlanmasına töhfə verəcək.
Bildirilir ki, Yunanıstanda Rusiya sistemlərini əvəz etməli olan İsrail istehsalı silahlara 300 km-ə qədər mənzilli ballistik raketləri olan "David's Sling", 35-150 km mənzilli "Barak MX" və 20-50 km mənzilli "Spyder" daxildir.
Chosen
50
oxu.az

1Sources