EN

“Bunu bilmirdim, sonra məlumat aldım ki...”

"Yubiley oyunumu qələbə ilə qeyd etmək istəyərdim".

Sportinfo.az xəbər verir ki, bunu "eport"a açıqlamasında "Sabah"ın heyətində Premyer Liqada 250-ci oyununu keçirən Elvin Camalov deyib.

"Bayquşlar"ın kapitanı XIV turda "Turan Tovuz"a (1:1) qarşı keçirdiyi yubiley matçı barədə danışıb:

"Bu oyunun çətin keçəcəyini bilirdik. Gözlədiyimi kimi də oldu.

İlk hissədə bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Əvəzində rəqib fasilədən dərhal sonra fərqləndi ki, bu da işimizi bir az da çətinləşdirdi.

"Turan Tovuz"la qarşılaşmanın mənim üçün 250-ci oyun olduğunu bilmirdim. Görüş başa çatdıqdan sonra məlumat aldım.

Təbii ki, mənim üçün çox xoş oldu. Yubiley oyunumu qələbə ilə qeyd etmək istəyərdim. Təəssüf ki, alınmadı".

Elvin Camalov ölkəmizdə üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

O, Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.

Chosen
61
sportinfo.az

1Sources