EN

Vikinqlər haqqında Yeni Kəşflər

Tarix hər keçən gün bizləri təəccübləndirməyə davam edir. Bu dəfə Vikinqlərin dişlərindəki qazıqlar tapılaraq insanları sual altda qoyub.

Nə üçün Vikinqlər dişlərini oyublar? 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində Vikinglərin dişlərinə oyma işləri tətbiq etdikləri məlum olub.

Tədqiqatlara görə, bu oyma prosesi bir növ simvol olaraq istifadə olunurdu. Vikinglərdə xüsusilə kişilərin dişlərində bir oyuq olduğu müşahidə edilib. Bu əməliyyatın əsas səbəbi onların ticarətlə məşğul olduqlarını göstərmək idi. Xüsusilə qazıntıların Gotland kimi mühüm ticarət məntəqələrində aparıldığını nəzərə alsaq, bu oyma işlərinin ticarətlə əlaqəli olduğunu demək mümkündür. Gotland qədim dövrlərdə xüsusilə ticarət və mədəniyyət mərkəzi kimi tanınırdı və Vikinglər dövründə də əhəmiyyətli bir ticarət nöqtəsi idi. Bu ada həmçinin orta əsrlərdəki qədim şəhərləri və arxeoloji qazıntıları ilə də diqqət çəkir. Gotland İsveçin mədəni irsini və tarixini araşdırmaq üçün mühüm bir yerdir.

Dişlərdəki qazıqlar həm də bir növ qrup üzvlüyü kimi də qiymətləndirilə bilər. Viking kişi və qadınlarının yalnız müəyyən bir bölgədə deyil, ümumilikdə Vikinglərə aid olan bu diş oyma əməliyyatını həyata keçirdikləri düşünülür.

Viking qadınlarında isə kəllə sümüyü formalaşdırılması daha yayğın idi. Viking qadınları kişilər kimi dişlərini oymamaqla yanaşı, bir sosial və mədəni qrupa aid olduqlarını göstərmək üçün fərqli bir həyata keçirirdilər. Çox nadir olsa da xüsusilə sosial statusu yüksək qadınların kəllələrinin formalaşdırıldığı analizin nəticəsi olaraq müəyyən edilib.

Bunlar sosial bir qrupda üzvlərin bir-birilərini tanıyıb əlaqə qurması üçün zəruri bir proses kimi görülə bilər. Xüsusilə tarixə qədərki dövrlərdə və sonrasında daha çox rast gəlinməsi insanların sosial qruplarını və statuslarını müəyyən etməkdə əhəmiyyətli bir göstərici olaraq qəbul edilirdi.

Aysel Əkbər
Milli.Az 

Chosen
9
45
milli.az

10Sources