EN

13 yaşlı rusiyalı qızın Dəhşətli Cinayəti: Bacılarını öldürməzdən əvvəl...

13 yaşlı rusiyalı qızın dəhşətli cinayəti: Bacılarını öldürməzdən əvvəl Cinayət Məcəlləsini oxuyubRusiyanın Tolyatti şəhərində kiçik bacılarını öldürən 13 yaşlı Lizanın qəddar cinayətinin təfərrüatı məlum olub. Belə ki, onun qətldən əvvəl "Rusiya Cinayət Məcəlləsi"ni oxuduğu və məhkəməyə cəlb olunmayacağını bildiyi müəyyən edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "BAZA" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, Liza kitabı cinayətdən bir qədər əvvəl alıb. O bu barədə anasına danışıb. İstintaqçılar "Qətl" maddəsi olan səhifədə və cinayət məsuliyyətinə cəlb olunma yaşı bölməsində əlfəcin tapıblar. Görünür, qız bacılarını öldürdükdən sonra həbsə düşməyəcəyini bilib.

Həmçinin Liza cinayət günü bacılarını öldürməyin daha asan olması üçün spirtli içki içdiyini bildirib. Lakin qızın sözlərini yoxlamaq artıq mümkün deyil: saxlanıldıqdan sonra ondan analiz götürülməyib.

Mənbələrin məlumatına görə, məhkəmə qızı ixtisaslaşdırılmış müəssisəyə göndərib (əgər onu anlaqsız hesab etsəydilər, Liza psixiatriya klinikasına göndəriləcəkdi).

Lizanın doğma atası bu qərara etiraz etmək niyyətindədir: o, qızının onunla birlikdə yaşamasını istəyir.

Xatırladaq ki, oktyabrın əvvəlində mənzillərin birində iki uşağın - 2 və 5 yaşlı qızların cəsədləri aşkar edilib. Meyitlər balkonda olub. Tezliklə cinayətin 13 yaşlı ögey bacı tərəfindən törədildiyi müəyyən edilib. İlkin məlumata görə, o, anasının tez-tez dava elədiyi ögey atası ilə barışmasını istəmədiyi üçün balacaları bıçaqlayıb. Öldürülən qızlar ögey atanın birinci nikahından uşaqları olub.


Chosen
12
32
news24.az

10Sources