Almaniyanın ən böyük polad istehsalı şirkəti “ThyssenKrupp” 2030-cu ilə qədər özünün “Steel Europe” bölməsində 11 min işçini ixtisar etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Şirkət bildirir ki, Asiyadan artan ucuz idxal onun rəqabət qabiliyyətinə əhəmiyyətli təsir göstərir.