EN

İsrailin BMT-dəki daimi nümayəndəsi: Ordu Livanla razılaşmaya doğru irəliləyir

İsrailin BMT-dəki daimi nümayəndəsi Daniel Danon ölkəsinin Ordusunun “Hizbullah” da daxil olmaqla Livanla atəşkəs razılaşması əldə etmək yolunda olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuata açıqlamasında deyilir.

"Biz bu istiqamətdə irəliləyirik. Daha əvvəl dediyim kimi, məqsədimiz çox aydın idi - "Hizbullah"ı Litani çayının şimalına sıxışdırmaq. Razılaşma hələ yekun formasını almayıb, lakin proses davam edir", - Danon bildirib.

Bundan əvvəl “Axios” portalı mənbələrə istinadən xəbər verib ki, İsrail və Livan əvvəllər hərbi əməliyyatların dayandırılması şərtləri barədə razılığa gəliblər. Məlumata görə, İsrail Nazirlər Kabineti sazişin şərtlərinə noyabrın 26-da baxacaq. Saziş atəşkəsin icrasına nəzarət etmək və pozuntuların aradan qaldırılması üçün ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsinin yaradılmasını nəzərdə tutur.

Chosen
52
far.az

1Sources