EN

Kanada Tramp administrasiyası ilə işləyərkən hərbi xərcləri artıra bilər

Kanada hakimiyyəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası ilə işləyərək bir sıra göstəricilərdə NATO standartlarına qısa zamanda cavab verməyə başlamaq üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

“İki sahil”in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.

"Onlar - amerikalılar hazırlığı sürətləndirməmizi istəyir, mən sürətləndirməyə hazıram", - açıqlamada deyilir.

Müdafiə naziri 2032-ci ildən əvvəl ÜDM-in 2 % -i həcmində müdafiə xərcləri üzrə NATO standartlarına çatmaq üçün ABŞ-nin yeni administrasiyası və hərbi sənaye kompleksi ilə işləməyə hazır olduğunu bildirib. Nazirin sözlərinə görə, 2032-ci ilə qədər olan müddət bu məqsədə çatmaq üçün "çox uzundur".

Baş nazir Castin Trüdo noyabrın 25-də Montrealda keçirilən NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında bildirib ki, Kanada qarşıdakı illərdə NATO-nun müdafiə xərclərinə dair standartlarına çatacaq.

Chosen
12
ikisahil.az

1Sources