EN

AFFA rəsmisi mübahisəli epizodları şərh etdi

style='margin-bottom:10px;'>

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının 14-cü turundakı oyunlarda mübahisəli epizodları şərh edib.

QOL.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis əvvəlcə “Kəpəz” – “Araz-Naxçıvan" matçındakı hakim işini qitmərləndirib.

“Kəpəz” – “Araz-Naxçıvan”

Oyundankənar vəziyyət səbəbindən ləğv edilən qollar: 8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi.

“Səbail” – “Qarabağ”

Penalti epizodu: 90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in 36 nömrəli futbolçusunun (Azad Əsgərov) “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi.

“Neftçi” – “Zirə”

Hesaba alınan qol: 68-ci dəqiqədə “Neftçi”nin qolu təsdiq edildi, çünki hücüm zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qolu təsdiqlədi.

“Turan Tovuz” – “Sabah”

Matçda mübahisəli epizod yoxdur.

“Sumqayıt” – “Şamaxı”

Penalti epizodu: 74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydanında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın 8 nömrəli oyunçusunun (İlkin Muradov) əlinə dəydi. Oyunçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur.

Chosen
7
11
teleqraf.com

10Sources