EN

Qızıl resept -  7 gün mixək suyu içsəniz görün nə olacaq

Qızıl Qızıl resept -

Arıqlamaq istəyənlər üçün təbii və təsirli üsul axtarırsınızsa, mixək suyu müalicəsi tam sizə görədir. Tərkibindəki təbii maddələrlə maddələr mübadiləsini sürətləndirən və yağ yandırılmasını dəstəkləyən bu resept sağlamlıq üçün də bir çox faydalar təqdim edir. Mixək suyu güclü antioksidant xüsusiyyətləri sayəsində orqanizmdə yığılan toksinləri təmizləyir və immunitet sistemini gücləndirir. Səhər və axşam istehlak edərək sağlam şəkildə arıqlaya və enerjinizi artıra bilərsiniz.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, mixək antioksidant və vitaminlərlə zəngin quruluşu ilə sağlam həyat üçün ideal ədviyyatdır. Xüsusilə mixək suyu arıqlamaq istəyənlərin istifadə etdiyi ən təbii üsullardan biridir. Təbii maddələrlə hazırlanan bu müalicə insulin balansının qorunmasından tutmuş toksinlərin təmizlənməsinə qədər faydalıdır.

Sağlamlıq və arıqlamaq üçün dost

Mixək tərkibindəki vitamin və minerallarla tam bir sağlamlıq xəzinəsidir. C vitamini, manqan, antioksidantlar və K vitamini ilə zəngin olan bu ədviyyat orqanizminizə aşağıdakı təsirlərə malikdir:

Qan şəkərini balanslaşdırır: İnsulin rolunu oynayaraq diyabetə qarşı dəstək olur.

Toksinləri çıxarır: Güclü antiseptik olan mixək bədəndən zərərli maddələrin çıxarılmasına kömək edir.

Həzm sistemini dəstəkləyir: Bulantı, qaz və şişkinlik problemlərini azaldır.

Diş sağlamlığını qoruyur: Ağız qoxusunu yox edir və diş əti xəstəliklərinə faydalıdır.

Yağ yandırmasını sürətləndirir: Metabolizmi sürətləndirərək arıqlamağınıza kömək edir.

Mixək suyu pəhrizini necə tətbiq etmək olar?

Məhsullar:

1 çubuq darçın

1 xörək qaşığı mixək

1 xörək qaşığı təzə zəncəfil kökü

2 stəkan su

Hazırlanması:

Darçın çubuqlarını, mixəkləri və zəncəfil kökünü çaydana qoyun.

Üzərinə 2 stəkan su əlavə edin.

Qarışığı çay kimi dəmləyin və gündə iki dəfə səhər və axşam istehlak edin.

Nəzərə alınmalı olanlar:

Müalicə zamanı şəkərli və yağlı qidalardan uzaq durun.

Müntəzəm istehlakla maddələr mübadiləsinin sürətləndiyini və özünüzü tox hiss etdiyinizi görəcəksiniz.

Qeyd: Belə bir pəhriz üçün həkiminizdən məsləhət almaq lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
19
e-saglam.az

1Sources