EN

Kafedə müştərini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Həbib Qaçayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

 

Qeyd: Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən "Antalya" adlı kafenin salonunda Həbib Qaçayev aralarında yaranan mübahisə zamanı qəsdən yumruqla Şirxan Hüseynovun çənə nahiyəsindən və silah qismində kafedə masanın üzərindən götürdüyü bıçaqla onun sol kürək nahiyəsindən bir ədəd vurmaqla daxilə nüfuz edən bədən xəsarətləri yetirib.

 

Həbib Qaçayev şübhəli şəxs qismində tutulub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 26 Noyabr 2024, 09:15   
Chosen
12
pravda.az

1Sources