Donald Tramp qeyri-qanuni immiqrasiya probleminin həll olunmaması və narkotik qaçaqmalçılığının ölkəyə axını səbəbindən yanvarın 20-dən etibarən Meksika və Kanadadan gələn bütün mallara 25 faiz gömrük rüsumunu tətbiq edən fərmanı imzalayacağını açıqlayıb.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Tramp Meksika və Kanadadan gələn mallara əlavə vergini bu sözlərlə izah edib:
“Hər kəsin bildiyi kimi, narkotik və cinayət ölkəmizə Meksika və Kanada vasitəsilə böyük miqdarda daxil olur. Hazırda açıq sərhədimizi Meksikadan minlərlə insandan ibarət karvan keçir və onu dayandırmaq mümkün deyil. Yanvarın 20-dən etibarən Meksika və Kanadadan gələn bütün mallara 25 faiz gömrük rüsumunun tətbiq edilməsi haqqında fərman imzalayacağam. Bu tarif ölkəmizə narkotiklərin, xüsusilə fentanilin və qeyri-qanuni mühacirlərin işğalı dayandırılana qədər qüvvədə qalacaq”.
Meksika və Kanadanın narkotik ticarəti və qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq üçün yaxşı mövqedə olduqlarını vurğulayan Tramp bildirib ki, onlardan bu gücdən istifadə etmələrini tələb etdiyini və o vaxta qədər ağır bir bədəl ödəməli olduqlarını qeyd edib.
Dəfələrlə Demokrat Joe Biden administrasiyasının immiqrasiya siyasətini tənqid edən Tramp yenidən seçiləcəyi təqdirdə sərhədlərə nəzarəti gücləndirəcəyini və Meksika sərhədində divar çəkəcəyini vəd edib.
//Gülnarə Abasova, Editor.az