EN

Müdafiə xərclərinin artımı ölkəmizin hüdudlarından kənarda bir çoxlarını narahat edir:


"2025-ci ilin büdcə zərfinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertlər artırılaraq 14.481 mln. manat nəzərdə tutulur".

Newscenter.az xəbər verir ki, bunu deyib. O bildirib ki, transfertlərlə bağlı birmənalı qəbul etmədiyimiz bəzi fikirlər səslənməkdədir:

"Sanki, gələcək nəsillərə neft dollarları saxlanılmır və büdcə qaydasından kənarlaşmalara yol verilir. Sadəcə onu vurğulamaq lazımdır ki, hazırda Dövlət Neft Fondunun aktivləri 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına malik olduğunu göstərir. Eyni zamanda Fond öz əsas missiyasını yerinə yetirməkdə davam edir. Doğrudur, transfertin məbləği 1,7 mlrd. manat və ya 13,3 faiz artır. Lakin onun dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 49,4 faizdən 2025-ci ildə 37,8 faizə kimi azalacaqdır. Dövlətimiz neft gəlirlərini gələcək üçün qoruyub saxlamaqla yanaşı, həm də sonrakı nəsillərə köklü problemləri, böyük məbləğdə borc yükü olmayan, təhlükəsiz, güclü və dayanıqlı Azərbaycan dövləti miras qoymaq niyyətindədir. Belə bir yanaşma gələcək nəsillər naminə neft gəlirlərinin qorunması ilə dövlətimizin indiki strateji ehtiyaclarının qarşılanması arasında balansı əks etdirir".

Komitə sədrinin sözlərinə görə, reallıq bundan ibarətdir ki, müdafiə xərclərinin artımı ölkəmizin hüdudlarından kənarda bir çoxlarını narahat edir:

"Bəzi dairələr növbəti haqsızlığı edərək Azərbaycanı indi də militarist büdcə siyasəti həyata keçirməkdə ittiham edirlər. Bu əsassız və qərəzli fikirlərlə bağlı bəzi məqamları qeyd etməyi vacib bilirik. Müdafiə xərclərinin artırılması öz-özlüyündə ölkənin militarist büdcəyə sahib olduğu anlamına gəlmir. Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı digər sosial və infrastruktur xərclərini məhdudlaşdırmır. Başqa sözlə, hərbi xərclərin artırılması digər mühüm istiqamətlər üzrə xərc artımı fonunda baş verir. Hərbi xərclər büdcə məxaricinin 20,3 faizini təşkil etdiyi halda, təkcə sosialyönümlü xərclər 41 faizini, iqtisadi fəaliyyətlə bağlı xərclər 21 faizini təşkil edir. Göründüyü kimi, ölkəmizin büdcə xərclərində ən yüksək paya malik olan heç də müdafiə xərcləri deyil".

Süleyman
Chosen
22
newscenter.az

1Sources