EN

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb

Bakı. Trend

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 740,6 milyon ABŞdolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib.

TrendKənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötənilin eyni dövrünə nisbətən 11 % çoxdur.

Son 1 ildə pomidor ixracının dəyəri 12,4 % artaraq 142 milyonABŞ dolları, xurma ixracının dəyəri 14,7 % artaraq 52,9 milyon ABŞdolları, tütün xammalı ixracının dəyəri 5,1 dəfə artaraq 21,5milyon ABŞ dolları, pambıq mahlıcı ixracının dəyəri isə 63,3 %artaraq 160,4 milyon ABŞ dolları təşkil edib.

"Aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyası dagenişlənir. Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasənənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixracolunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır", -deyə məlumatda qeyd olunub.

Chosen
7
6
az.trend.az

8Sources