Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindənHeydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalındaDehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşınaməxsus çamadana gömrük yoxlaması tətbiq edilib.
Trendxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumatyayıb.
Bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisindəgömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryəkaşkar edilib.
Faktla bağlı araşdırma aparılır.