ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 3 ölkə üçün yeni tarif planı hazırlayıb.
İndex.az xəbər verir ki, Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25%, Çindən gələn məhsullara isə əlavə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Tramp minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə cinayət və narkotik gətirdiyinə diqqət çəkib.