EN

Kreditlərlə bağlı yekun QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəməsi kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qərar qəbul edib. 

Olaylar xəbər verir ki, qərarda qeyd edilib ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir. 

Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
6
olaylar.az

10Sources