Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədrivə baş icraçı direktoru Con Vallas ilə görüşüb.
Trend xəbər verir ki, görüşdəSOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurluəməkdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər yataqların işlənmə planının optimallaşdırılması,ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərinhazırlanması, geotermal enerji, karbonun tutulması və saxlanılması(CCUS) istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib vəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparıblar.