EN

Azərbaycanda BOKT 4 milyon manatlıq istiqraz buraxır

BOKT "Embafinans" QSC hər birinin nominal dəyəri 1000 manat olan 4 000  ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.

FED.az xəbər verir ki, istiqraların ümumi dəyəri 4 milyon manat olacaq.

Emissiyadan əldə ediləcək vəsait şirkətin gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən şirkətin kredit portfelinin dinamik inkişafında istifadə ediləcək.

1-ci buraxlış üzrə istiqrazlar üzrə illik faiz dərəcəsi 12.5  % təşkil edir. 2-ci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi yekun şərtlər ilə müəyyən olunacaq. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə,faiz ödənişi növbəti iş günü ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcək.

Anderrayter - “Unicapital İnvestisiya Şirkəti” ASC şirkətidir.

Chosen
14
fed.az

1Sources