İngiltərə nəhəngləri "Atalanta"nın yarımmüdafiəçisi Edersonla maraqlanırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" yanvarda braziliyalını transfer etmək istəyir.
Hər iki klub potensial müqaviləni müzakirə etmək üçün oyunçunun menecerinə müraciət ediblər.
"Atalanta"nın mövqeyi dəyişməz olaraq qalır: klub əsas oyunçunu qışda satmağı planlaşdırmır, ancaq yayda təklifləri nəzərdən keçirə bilər.
Edersonun mümkün transferinin dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
25 yaşlı oyunçunun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.