EN

Dönərdən zəhərlənənlərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Zaqatalada qidadan zəhərlənmə ötən gün axşam saatlarında baş verib.   Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, 25.11.2024-cü il tarixində saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar: “Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”. *** 10:12 Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib. Manset.az xəbər verir ki, Zaqatala rayon sakinləri - 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.

Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Chosen
19
29
manset.az

10Sources