EN

Həyat yoldaşını öldürmək istəyən şəxs 14 il müddətinə azadlıqdan məhrum edildi 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmayılov Elməddin Üzeyir oğlunun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs Elməddin İsmayılovun məhkəməsində Firəngiz Rəsulova şahid qismində ifadə verib: "Elməddin mənim baldızımın həyat yoldaşıdır. O Xatunun boynundan boğazından bıçaq xəsarəti yetirib. Arxadan gəldi, Xatın uşağı yatızdırırdı. Mən qoymadım, ancaq o vurdu. Vurandan sonra sürüklədi gətirdi bu biri otağa, saçından tutub bıçaqla vururdu. Hadisə onların kirayə qaldığı evdə olub. Əvvəllərdə mübahisələri olub, sonuncu mübahisə həmin gün səhər olmuşdu. Hadisənin baş verməsinə səbəb telefonda Elməddinin başqa qızla  vatsap yazışmaları olub. Polisi mən zəng etdim çağırdım".
Sonra hakim şahid qismində istintaqda ifadə verən polislərin ifadələrini elan etdi. 

Məhkəmə Tibbi ekspertizasının rəyidə elan olduqdan sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul etdi və dövlət ittihamçısı Orxan Kəngərli  ittiham nitqi ilə çıxış etdi. Məlum oldu ki, Elməddin İsmayılov əvvəllərdə Ucar Rayon Məhkəməsinin hökmü ilə 152.2- ci maddəsi ilə məhkum olunub. Yüngülləşdirici hal kimi isə himayəsində azyaşlı övladının, könüllü gəlib təslim olmasını göstərib. Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edərək Elməddin İsmayılova daha yüngül maddə ilə cəza verilməsini xahiş etdi. 

Elməddin İsmayılov son sözlə çıxış edərək ədalətli qərar çıxarılmasını xahiş etdi. 

Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə görə Elməddin İsmayılov Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edildi. 

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub. 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli

Chosen
17
17
unikal.az

10Sources