EN

Valeri Masalitin: “Bu, Berezutskiyə Azərbaycanda kömək edəcək”

“Sözsüz ki, Leonid Slutski ilə iş təcrübəsi Berezutskiyə Azərbaycan klubunda kömək edəcək”.

İdman.biz xəbər verir ki, bunu Rusiyanın MOİK klubunun sabiq futbolçusu Valeri Masalitin deyib.

O, rusiyalı mütəxəssis Vasili Berezutskinin Bakının “Sabah” klubunun baş məşqçisi təyin olunmasına münasibət bildirib. Futbol veteranı həmyerlisinin bu təklifi qəbul etməsini alqışlayıb: “Vasili Slutski ilə Niderlandda, Rusiyada, Çində çalışıb. Amma orda demək olar ki, heç bir məsuliyyət daşımayıb. Lakin artıq indi daşıyacaq. Sən baş məşqçi işləyirsənsə, səhvlərin, yanlışların tənqid ediləcək. Berezutski buna hazır olmalıdır. Vasili belə addım atıbsa, deməli buna hazırdır – əhsən. Hətta onun harada məşqçilik etməsi də vacib deyil. Bu, özünü baş məşqçi kimi göstərmək imkanıdır. Sonra qərar verə bilərsən ki, bu, sənlikdir, yoxsa yox”.

Qeyd edək ki, Berezutski “Sabah”da xorvatiyalı Krunoslav Renduliçi əvəzləyib.

İdman.biz

Chosen
14
idman.biz

1Sources