EN

MÜDTA: Məktəblərdə istilik təminatına dair məsələlərlə bağlı operativ işçi qrupları yaradılıb

Təhsil müəssisələrində gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Məlumatda bildirilib ki, Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yay aylarından etibarən təhsil müəssisələrinin təmir-tikintisi və təchizatı istiqamətində aidiyyəti qurumlarla birgə genişmiqyaslı işlər görülüb:

"Bu çərçivədə payız-qış mövsümündə uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. Təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib".

Bildirilib ki, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.

"Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur", - deyə məlumatda vurğulanıb.

Chosen
9
19
ikisahil.az

10Sources