EN

Polşa Prezidenti Ermənistan-Azərbaycan sərhədində patrulluq edəcək

Polşa Prezidenti Ermənistanda - Azərbaycanla həmsərhəd Arazdəyən kəndində patrulluq edəcək

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Polşa Prezidenti Andjey Dudanın Ermənistana 25 noyabr tarixində başlayan səfəri 27 noyabr tarixində başa çatacaq. Səfər proqramına onun Ermənistan Prezidenti Vahaqn Xaçaturyan ilə təkbətək görüşü və genişləndirilmiş formatda danışıqları daxildir. Duda bundan sonra Baş nazir Nikol Paşinyan və parlament spikeri Alen Simonyan ilə görüşəcək. Bu gün isə o, qondarma "erməni soyqırımı abidəsi"nə baş çəkəcək.

Polşa Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 27-də Yerasx (1968-ci ilə qədər Arazdəyən) icması ilə görüşəcək, Kanada ilə Avropa İttifaqının Ermənistandakı müahidə missiyası ilə birlikdə Azərbaycanla sərhəddə patrulluq fəaliyyətində iştirak edəcək.

Qərbi Azərbaycanın Vedibasar mahalının 1968-ci ildən bəri Yerasx adlanan Arazdəyən kəndi Ermənistanın Azərbaycanla bağlı sərhədə ən yaxın məntəqəsidir.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür. Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.

Hürr Tərcüman

Chosen
9
1
hurriyyet.az

2Sources