EN

Hərbi xidmətdən yayınmaq üçün bu addımı atdı - Həbs olundu


Cənubi Koreyada hərbi xidmətdən yayınmaq üçün qəsdən kökəlmiş 26 yaşlı oğlan həbs olunub.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, 6 ay ərzində çəki normasını bilərəkdən keçən və özünü ağır çəkili kimi Hərbi Komissarlığa təqdim edən oğlan ifşa olunub. 

Ona 1 illik şərti cəza verilib. Əgər növbəti çağırışda da hərbi xidmətdən yayınmaq üçün belə bir addım olsa, o zaman cəzası daha ağır olacaq. 

Ağa Dadaşzadə


Chosen
11
news24.az

1Sources