EN

Ağ Ev Baydenin Trampın andiçmə mərasimində iştirak edəcəyini təsdiqlədi

Ağ Ev ABŞ-ın hazırkı prezidenti Co Bayden və xanımı Cil Baydenin yanvarın 20-də Vaşinqtonun yeni seçilmiş rəhbəri Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts prezident təyyarəsində jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Prezident seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq andiçmə mərasimində iştirak edəcəyinə söz verib:

"O və birinci xanım bu vədi yerinə yetirəcək və andiçmə mərasimində iştirak edəcək”.

Endryu Beyts əlavə edib ki, Bayden Trampın andiçmə mərasimində iştirakını demokratik dəyərlərə sadiqliyin nümayişi kimi qiymətləndirir:

"Mövcud administrasiya hakimiyyətin nizamlı və səmərəli keçidini təşviq etməyə davam edəcək".

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-Pyer əmin edib ki, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Bayden öz varisinin inauqurasiyasında iştirak edəcək.

Bizim.Media

Chosen
3
3
bizim.media

7Sources