EN

ABŞ tariflər tətbiq etsə, Britaniya analoji cavab verəcək

Böyük Britaniya seçilmiş prezident Donald Tramp xarici idxala 10-20% rüsum tətbiq edərsə, ABŞ-ın bir sıra mallarına rüsumları geri qaytarmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən yazıb.

Britaniya tarifləri "Harley-Davidson" və "Levi's" kimi məşhur Amerika brendlərinə təsir göstərə bilər. Bundan əlavə, tarif artımları çox güman ki, burbonlara da təsir edəcək.

Bu arada Britaniya kabinetinin adı açıqlanmayan nazirlərindən biri nəşrlə söhbətində bildirib ki, bu dəfə London qisas tədbirləri görməkdənsə, razılaşmaya üstünlük verəcək.

Son prezidentliyi dövründə Tramp idxal olunan polad və alüminiuma müvafiq olaraq 25% və 10% rüsum tətbiq etməyi əmr edib. Qərar beynəlxalq ictimaiyyətin kəskin tənqidinə və Böyük Britaniya da daxil olmaqla Avropanın reaksiyasına səbəb olub.

Bu yaxınlarda Tramp Çindən gələn mallara 10% əlavə rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources