ABŞ-ın texnologiya nəhəngi “Apple”in Baş İcraçı Direktoru (CEO) Tim Kuk, Çindəki tədarükçülərinin istehsal sahəsində şirkət üçün əhəmiyyətinə diqqət çəkib.
İndex.az xəbər verir ki, CEO mediaya verdiyi açıqlamasında bildirib ki, Çinli tədarükçülər olmasaydı, “Apple” olmazdı.
“Apple”in Çindəki tərəfdaşlarının şirkətin dəyər zəncirində çox əhəmiyyətli bir yerə sahib olduğunu ifadə edən Kuk, bu səbəbdən Çinə böyük əhəmiyyət verdiklərini qeyd edib.
Kukun sözlərinə görə, bu səbəbdən bu il Çinə artıq üçüncü dəfədir ki, səfər edir.